Danimarkanın bərpa olunan enerji firması “Orsted” ABŞ-da istifadə müddəti bitmiş bütün günəş panellərini təkrar emal etmək üçün Texas mərkəzli “SOLARCYCLE” ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Renewables.az-ın məlumatına görə, “Orsted”in istifadə müddəti bitmiş günəş panellərinin 100 faizini təkrar istifadə etmək və ya təkrar emal etmək öhdəliyi günəş sənayesində bir ilkdir. Bununla birlikdə, 2021-ci ildə “Orsted” “First Solar” ilə nazik təbəqə modulları üçün təkrar emal müqaviləsi bağlayıb. “SOLARCYCLE” ilə 2022-ci ildə Texasda təkrar emal mərkəzini açıb.
‘Orsted”in ABŞ-dakı günəş layihələri hələ ilkin mərhələdə olsa da, o, artıq 4000 paneli təkrar emal edib. “Orsted” günəş panellərinin təkrar emalı ilə yanaşı, 2030-cu ilə qədər 50 qiqavat bərpa olunan enerji tutumunun (günəş və külək) quraşdırılması üçün 68 milyard dollar sərmayə qoyacağını da açıqlayıb.
ABŞ Milli Bərpa Olunan Enerji Laboratoriyasının 2022-ci ildəki məlumatlarına görə, günəş panellərinin təkrar emalı 2040-cı ilə qədər ABŞ-da yerli günəş enerjisi istehsalı ehtiyaclarının ən azı 25-30 faizini ödəyə bilər.
Rəylər (0):