ABŞ-nin ən böyük saxlanc sistemli günəş elektrik stansiyası istifadəyə verilib

image

ABŞ-nin ən böyük enerji saxlanc sistemli günəş elektrik stansiyası istifadəyə verilib.

Renewables.az-ın pv-magazine portalına istinadən xəbərinə görə, bu barədə layihənin mühəndislik, satınalma və tikinti podratçısı Mortenson məlumat yayıb.

ABŞ-də ən böyük saxlanc sistemli günəş enerjisi layihəsi olan "Edwards & Sanborn Solar + Energy Storage" 1,9 milyon yerli istehsal günəş panellərindən ibarətdir və 1900 hektara yaxın ərazini əhatə edir.

875 MVt qoyuluş gücünə və 3,3 qiqavat-saat enerji saxlama gücünə malik stansiya 238 min evin elektrik enerjisinə olan ehtiyacını qarşılaya bilər. Bu da hər il təxminən 320 min ton karbon qazı emissiyasının azalmasına gətirib çıxarır.

Enerji saxlanc sistemi LG Chem, Samsung və BYD batareyalarından ibarətdir. Stansiya Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələrinin bazasında yerləşir. Bu, ABŞ Müdafiə Nazirliyinin tarixində dövlət-özəl əməkdaşlığı çərçivəsində icra edilən ən böyük layihədir.

Layihənin maliyyələşdirilməsi prosesinə 1,7 milyard dollardan çox vəsait ayrılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *