ABŞ-nin günəş enerjisi istehsalının 43 % artacağı proqnozlaşdırılır

image

2024-cü ildə ABŞ-də günəş və külək enerjisi üzrə bərpa olunan mənbələrdən istehsalın artacağı proqnozlaşdırılır.

Renewables.az-ın məlumatına görə, bu barədə ABŞ Enerji Departamentinin İnformasiya İdarəsi (EIA) hesabatında 2024-cü il üçün elektrik enerjisi istehsalı proqnozlarını yeniləyib.

Müvafiq olaraq, EIA günəş elektrik stansiyalarından elektrik enerjisi istehsalının 2024-cü ildə əvvəlki ilə nisbətən 43 % artacağını gözləyir. Külək elektrik stansiyalarından elektrik enerjisi istehsalında artımın əvvəlki illə müqayisədə 6 % olacağı gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *