Floridada yerləşən "Star Catcher" startapı dünyanın ilk kosmik günəş elektrik stansiyasını qurmağı planlaşdırır.
Renewables.az-ın "Renewables Now" portalına istinadən xəbərinə görə, şirkət peyklərdən birincisini gələn il orbitə göndərməyi planlaşdırır.
"Star Catcher" aşağı yer orbitində peyklərə etibarlı və bol enerji mənbəyi təmin etməklə kosmik əməliyyatları inkişaf etdirməyi hədəfləyir. Bu ideyanın reallaşması üçün 12,25 milyon dollar vəsait toplayan şirkət gələn il peyklərdən birincisini orbitə göndərməyi planlaşdırır.
Şəbəkə Yerdən təxminən 1500 km yüksəklikdə yerin aşağı orbitində qurulacaq və istehsal etdiyi elektrik enerjisini digər kosmik gəmilərə səmərəli şəkildə ötürmək üçün günəş enerjisindən istifadə edəcək. Sistem günəş işığından daha yüksək intensivlikdə enerji çatdıracaq və kosmik gəmilərə mövcud günəş panellərindən 5-10 dəfə daha çox enerji istehsal etməyə imkan verəcək.
Rəylər (0):