Rusiya-Ukrayna müharibəsindən sonra Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycandakı layihəsi üçün avadanlığın Qara dəniz vasitəsilə daşınmasında çətinliklərlə üzləşir, lakin davamlı olaraq bazar şərtlərini və riskləri qiymətləndirir.
"Berpaolunanenerji.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu şirkətin İdarə Heyəti sədrinin müavini və icraçı direktoru Paddi Padmanazan “Ashraq Business” nəşrinə müsahibəsində bildirib. O əlavə edib ki, “ACWA Power” Azərbaycan və Özbəkistanda bərpaolunan enerji mənbələri üzrə layihələrin vaxtında icra olunması istiqamətində səyləri davam etdirəcək.
Şirkətin İdarə Heyətinin sədri Mohammad Abunayyan isə mətbuata açıqlamasında qeyd edib ki, 2022-ci ilin birinci rübündə “ACWA Power”in gəlirləri 9 faiz artaraq 41 milyon dollara çatıb. O əlavə edib: “Bizim ümumi biznes göstəricilərimiz 2022-ci ilin başlanğıcı üçün güclü sərmayə qoyuluşu ilə daha da artıb. Bu, şirkətin müqaviləli və şaxələndirilmiş biznes modelinin sabitliyinin sübutudur".
Xatırladaq ki, cari il yanvarın 13-də Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub.
Rəylər (0):