Pakistan şirkətləri Azərbaycanda “yaşıl enerji” sahələsində əməkdaşlığa dəvət edilib

image

Energetika naziri Pərviz Şahbazov Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən bildirilib.

Görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. İkitərəfli əlaqələrin yeni səviyyəyə yüksəldilməsində enerji sahəsində mövcud imkanların reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Hər iki ölkənin enerji şirkətlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gündəlikdə olan layihələrlə bağlı müzakirələr aparılıb. Həmçinin Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi sənaye miqyaslı layihələr, dənizdə külək enerjisinin istifadəsi və “yaşıl enerji”nin ixrac marşrutlarının yaradılması kursu çərçivəsində imkanlar nəzərdən keçirilib. Pakistan şirkətləri “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində əməkdaşlığa dəvət edilib.

Söhbət zamanı, həmçinin Bakıda təsis olunan ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyətinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli enerji tərəfdaşlığının möhkəmləndirilməsinə qarşılıqlı dəstək ifadə olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *