Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2024-cü ildə Azərbaycanda olan səkkiz layihəyə 196 milyon avro investisiya qoyub.
Renewables.az xəbər verir ki, bu barədə EBRD-nin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Bank tərəfindən ayrılmış vəsaitlərin böyük hissəsi özəl sektora və “yaşıl” iqtisadiyyatla bağlı təşəbbüslərə yönəldilib.
EBRD iri günəş elektrik stansiyalarının birgə maliyyələşdirilməsində iştirak etməklə Bakıda keçirilən COP29-da həlledici rol oynayıb. Nəticədə, Azərbaycanda maliyyələşən bərpaolunan enerji mənbələrinin ümumi gücü 1,2 qiqavatı ötüb. Bank eyni zamanda bərpa oluna bilən enerji mənbələri üzrə ölkədə keçirilən ilk hərraca dəstək olub ki, bu da Qaradağ rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyalarının inşasına yol açıb.
Rəylər (0):