Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Özbəkistanda 3 günəş enerjisi və 3 enerji saxlanc sistemi layihələrini həyata keçirəcək.
"Renewables.az" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı Özbəkistanın Səhmdar Cəmiyyəti, Milli Elektrik Şəbəkəsi (NEGU) və İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə üç Enerji Alqı-Satqı Müqaviləsi və İnvestisiya Müqaviləsi imzalanıb.
Müqavilələrə, Daşkənd və Səmərqənddə ümumi gücü 1,4 qiqavat olan üç günəş fotovoltaik (PV) layihəsi və Daşkənd, Buxara və Səmərqənddə 1,5 milyon kilovat-saat batareya gücünə malik üç Enerji Saxlanc Sisteminin (ESS) inkişafı daxildir.
Daşkənddə 400 MVt-lıq günəş enerjisi və 500 MVt-saatlıq ESS layihələri, Səmərqənddə hər biri 500 MVt olan iki günəş enerjisi və 500 MVt-saatlıq ESS layihələri, Buxara şəhərində isə 500 MVt-saatlıq ESS layihələri həyata keçiriləcək.
Layihələr Özbəkistanın aşağı karbonlu iqtisadiyyata keçidlə bağlı iddialı hədəflərinə çatmaqda və onun enerji mənbələrini şaxələndirməkdə mühüm rol oynayacaq.
Rəylər (0):