Bu il Azərbaycanda ilk enerji saxlanc sistemlərinin yaradılmasına başlanıla bilər

image

Azərbaycan 2027-ci ilədək mərhələli şəkildə "yaşıl" enerji üçün 250 meqavat gücündə anbar (batareya enerji saxlanc sistemi - red.) hazırlamağı planlaşdırır.

Renewables.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Şuşada keçirilən II Qlobal Media Forumu çərçivəsində “Yaşıl dünya naminə həmrəylik - COP29” mövzusunda təqdimat zamanı deyib.

"2027-ci ilə qədər bərpa olunan enerji mənbələrindən 2 qiqavat "yaşıl" enerji istehsal etməyi planlaşdırırıq. Bu həcm üçün Azərbaycana 250 meqavatlıq enerji anbarı lazımdır. Bu anbarı 2024-cü ildən başlayaraq mərhələli şəkildə yaradacağıq", - o deyib.

Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycan xarici tərəfdaşların dəstəyi ilə ilk 50 meqavat "yaşıl" enerjini saxlamaq üçün şərait yaratmağı planlaşdırır.

"Yerdə qalan 200 meqavatın yaradılmasının təfərrüatı sonra, lazım olduqca açıqlanacaq", - deyə o əlavə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *