“Azərenerji” 250 MVt gücündə enerji saxlanc sisteminin yaradılması üçün şirkət seçir

image

“Azərenerji” ASC Azərbaycan enerjisistemi üzrə 250 MVt gücündə Batareya Enerji Saxlanc Sisteminin (BESS) optimal yerləşmə yerlərinin təyin edilməsi, təfsilatlı layihələndirilməsi və tikintisi üçün texniki şərtlərlə birlikdə ilkin layihələndirmə və tender sənədlərinin hazırlanması layihəsi çərçivəsində tender elan edib.

Renewables.az-ın qurumun dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş elanına istinadən verdiyi məlumata görə, tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini avqustun 30-u saat 10:00-a qədər təqdim edə bilər. Tender proseduru qeyd olunan tarixdə baş tutacaq.

Energetika Nazirliyinin qiymətləndirmələrinə görə, 2 GVt həcmində “yaşıl enerji”nin inteqrasiyası üçün Azərbaycana 250 MVt gücündə saxlanc sistemi lazımdır. Layihənin 2027-ci ilə qədər həyata keçirilməsi, ilkin mərhələdə 50 MVt gücündə saxlanc sisteminin bu ilin sonunadək yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il may ayının əvvəlində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında 200 MVt gücündə Batareya Enerji Saxlanc Sistemi layihəsi üzrə icra müqaviləsi imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *