Çində dünyanın ən böyük volan enerji saxlanc qurğusu istifadəyə verilib

image

Çin perspektivli enerji saxlama qurğuları üçün sınaq meydançasına çevrilib, onların arasında yeni istifadəyə verilmiş volan əsaslı bufer elektrik stansiyası diqqəti cəlb edir. Sistem kinetik enerjini fırlanan volanlarda saxlayır, onu demək olar ki, dərhal elektrik enerjisinə çevirir, çünki içindəki mühərrik və generator eyni cihazdır.

Renewables.az "ess news" nəşrinə istinadla xəbər verir ki, volan enerji saxlayan qurğunun layihəsi Çinin “BC New Energy” şirkəti tərəfindən hazırlanıb. Əsas investor – “Shenzhen Energy Group” şirkətidir.

Qurğuların istehsalını Şansi Energetika İnstitutu ilə birgə “Shanxi Electric Power Construction Company” həyata keçirib, elektrik stansiyasının tikintisində “China Energy Construction” da iştirak edib. Obyekt “Dinglun Flywheel Energy Storage” elektrik stansiyası adlanır. Onun qurulmasına 340 milyon yuan (48 milyon dollar) xərclənib. Obyektin istismara planlı şəkildə verilməsi 2023-cü ilin dekabrında gözlənilirdi, lakin bu yayın sonuna qədər uzandı.

Şansi əyalətinin Çançji şəhərindəki qurğunun ümumi gücü 30 MVt-a çatır. O, hər biri 12 ədəd olan 10 bloka bölünən 120 volan generatorundan (saxlama qurğularından) ibarətdir. İstehsal edilən enerjinin tezliyi hər blok səviyyəsində sabitləşir. Onların hamısı 110 kV gərginliyi olan yüksək gərginlikli şəbəkəyə qoşulub.

Təhlükəsizlik səbəbindən hər bir volan qurğusu yerdəki quyuya yarıya qədər batırılıb. İşin səmərəliliyini artırmaq üçün volanlar vakuumdadır və maqnit asmada asılıb, bu da işləyən maşınlardan səs-küy səviyyəsini azaldıb. Yaradılmış sistem dünyada ən güclü və çox güman ki, istehlakçılara kommunal müəssisələr səviyyəsində xidmət göstərən yeganə sistem olub.

Bu cür volan qurğular təkcə enerjinin saxlanması üçün deyil, həm də onun istehlakı və yığılmasında zirvələri yumşaltmaq üçün ideal bufer kimi enerjinin saxlanması və istehlakı rejimləri arasında çox çevik keçid edə bilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *