ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu 18-ci Bakı Yay Enerji Məktəbinə müraciətləri qəbul edir

image

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu 18-ci Bakı Yay Enerji Məktəbinə müraciətləri qəbul edir.

ADA Universiteti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azərbaycan, KOLIN və GL-in birgə təşkilatçılığı ilə 8-19 iyul tarixlərində təşkil ediləcək Yay Məktəbi 2 ölkədə - Azərbaycanda və Gürcüstanda keçiriləcək.

Ölkəmizin COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bu günlərdə Proqram Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ətraf mühit məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi məqsədilə 20-dən artıq ölkəni təmsil edən 50-yədək eksperti iştirakçı qismində bir araya gətirəcək.

Proqramda enerji şirkətlərinin mütəxəssisləri, səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri və dövlət qulluqçuları, habelə ətraf mühit məsələlərini araşdıran alim, jurnalist və aspirantlar iştirak edəcəklər.

İştirakçılar tanınmış alimlərin, enerji ekspertlərinin və müxtəlif dövlət qurumlarını təmsil edən yüksək səlahiyyətli rəsmilərin enerji iqtisadiyyatı, hüququ və diplomatiyası, eləcə də təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi barədə mühazirələrdində iştirak edəcəklər.

Proqramı bitirən iştirakçılara ADA Universitetinin Rektoru və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti tərəfindən imzalanmış sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Proqramın açılış mərasimi Bakıda, bağlanış və sertifikatların təltif edilməsi mərasimi isə Gürcüstanda keçiriləcək.

Proqram barədə ətraflı məlumat: idd.az/bses
Son müraciət tarixi: 1 aprel, 2024-cü il


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *