Naxçıvanda Yaşıl Enerji Zonası Konsepsiyasının hazırlanması məqsədilə məsləhətçi şirkət cəlb edilir
Azərbaycan Energetika Nazirliyi Naxçıvan Muxtar Respublikasında "yaşıl enerji" zonasının inkişafına dair Konsepsiyanın və Tədbirlər Planının hazırlanması, habelə ixracla bağlı infrastruktur layihəsinin texniki və iqtisadi təhlili və əsaslandırmasının hazırlanması məqsədilə məsləhətçi şirkətin cəlb edilməsi ilə bağlı açıq tender elan edib.
Renewables.az xəbər verir ki, bu barədə elan dövlət satınalmalarının vahid internet portalında dərc olunub.
Məlumata görə, cəlb olunacaq məsləhətçi şirkət başlanğıc xarakterli hesabat, Yaşıl Enerji Zonası Konsepsiyasının ilkin və yekun layihələrini, Yaşıl Enerji Zonası üzrə Faəliyyət Planının ilkin və yekun layihələrini və sonda yekun hesabat hazırlayacaq. Elanda qeyd edilib ki, tender üzrə işlərin smeta dəyəri 1 milyon 966 min 750 manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini sentyabrın 2-i saat 17:00-a qədər təqdim edə bilər.
Rəylər (0):