5-8 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində Avrasiyanın lider sənaye sərgisi "WIN Eurasia" (World of Industry Eurasia) keçiriləcək.
Renewables.az-ın media tərəfdaşı olduğu tədbir İstanbul Sərgi Mərkəzində 30-cu dəfə keçiriləcək.
Enerji, elektrik, yaşıl və təmiz enerji texnologiyaları, bərpa olunan enerji sənayesinin innovativ məhsulları sərgidə təqdim olunacaq. Bu il keçiriləcək tədbirdə hidrogenlə bağlı özəl sahə də təşkil olunacaq.
Qeyd edək ki, ötən il sərgi 16 ölkədən 662 şirkəti, 102 ölkədən 39 min nəfər ziyarətçini qəbul edib. Qeydiyyat və ətraflı məlumat üçün: https://www.win-eurasia.com/en
Rəylər (0):