27-28 may tarixlərində Tehranda 8-ci İran Bərpa Olunan Enerji Konfransı və Sərgisi (Iran REC 2024) keçiriləcək.
Renewables.az təşkilatçıya istinadən xəbər verir ki, konfransın məqsədi bərpa olunan enerji üzrə nailiyyət və planları, innovasiyaları, energetika və iqtisadiyyatda transformasiyaları müzakirə etməkdir.
Qeyd edək ki, İranın bərpa olunan enerji mənbələri üzrə hədəf göstəricisi 2026-cı ilədək günəş enerjisi, külək enerjisi və geotermal mənbələr hesabına 10 qiqavat qoyuluş gücü yaratmaqdır.
Konfransda İranın enerji strukturları ilə yanaşı Almaniya, Çin nümayəndələri, Ümumdünya Külək Enerjisi Assosiasiyası, bir sıra Avropa və Asiya Beynəlxalq Təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər.
Rəylər (0):