ADB Azərbaycanla günəş enerjisi ilə bağlı investisiya imkanlarını müzakirə edir

image

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan, eləcə də özəl sektorla günəş enerjisi layihələrinə gələcək investisiya imkanlarını müzakirə edir.

Renewables.az-ın məlumatına görə, bu barədə yerli mediaya müsahibəsində ADB-nin Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov bildirib.

"Ümid edirəm ki, bu ilin sonrakı vaxtlarında bu məsələ ilə bağlı daha konkret açıqlamalar verəcəyik. Bundan əlavə, biz üzən günəş elektrik stansiyası layihəsini sınaqdan keçiririk. Bizim 100 kVt gücündə kiçik bir layihəmiz var, hazırda Bakıdakı göllərdən birində həyata keçirilir. Amma bu konsepsiya uğurlu olarsa, onu genişləndirməyi düşünə bilərik" - deyə o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *