ADNSU-da V Beynəlxalq yay məktəbi keçiriləcək

image

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Enerji keçidi: post-neft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda beşinci Beynəlxalq yay məktəbi keçiriləcək.

Renewables.az ADNSU-nun yaydığı məlumata əsasən xəbər verir ki, yay məktəbi 31 iyul-11 avqust 2023-cü il tarixlərində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkilatçılığı ilə baş tutacaq.

Yay məktibi çərçivəsində azərbaycanlı və əcnəbi tələbələrin (10 alman və 5 ADNSU tələbəsi) ölkəmizin müxtəlif mədəniyyət mərkəzlərinə və neft şirkətlərinin ofislərinə ekskursiyaları təşkil olunacaq. 

Yay məktəbi çərçivəsində SOCAR, BP, SOFAZ, “Prosol” Texnoloji şirkətin və digər qurumların əməkdaşlarının müvafiq mövzu ilə bağlı çıxışları gözlənilir. Yay məktəbi ərzində akademik hissə ilə yanaşı, iştirakçılar üçün mədəni tədbirlərin də təşkili nəzərdə tutulub. Belə ki, onlar üçün Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi,,dünyada sənaye üsulu ilə qazılan ilk neft quyusunun yerləşdiyi Bibiheybət, SOFAZ, İçərişəhər, Heydər Əliyev Mərkəzi, eləcə də Şəkiyə ekskursiyalar təşkil olunacaq. 

Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanacaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *