Avropa İttifaqı geotermal enerji texnologiyalarının inkişafı üçün 4 milyon avro qrant ayırıb
Bu barədə “Berpaolunanenerji.az” xarici mətbuata istinadən xəbər verir.
Dərin geotermal mənbələr bərpaolunan enerji istehsalı üçün əsas mənbələrdən hesab olunsa da, yüksək maliyyə və uzunmüddətli araşdırmalar səbəbilə dünya ölkələri çətinliklərlə qarşı-qarşıyadır.
Bu çətinliklər, fransız “Mines-ParisTech”in ortaqları “Imperial College London”, Norveçdən SINTEF, Yunanıstandan Pireya Universiteti, Çin Neft Universiteti və Fransanın “Drillstar” şirkəti tərəfindən idarə edilən ORCHYD araşdırma layihəsi ilə həll edilməyə çalışılır.
Layihəyə Avropa İttifaqının “Horizon 2020” proqramı tərəfindən 4 milyon avro yardım ayırılıb.
Bununla belə, texnologiya vasitəsilə geotermal mənbələrin axtarışı (dərin qazma) sürətlənəcək və xərclər 65 %-ə qədər azalacaq.
Rəylər (0):