Türkiyədə 50 MVt gücündə geotermal elektrik stansiyası inşa olunacaq

image

Türkiyənin Aydın bölgəsində 50 MVt gücündə geotermal elektrik stansiyası inşa olunacaq.

Renewables.az Enerji Günlüyü-nə istinadən xəbər verir ki, stansiyanın inşası Zorlu Enerji tərəfindən aparılacaq.

Stansiyada illik 160 milyon kVt-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da 47 min insanın tələbatına bərabərdir. Layihənin dəyəri 14,4 milyon dollar (449 milyon türk lirəsi) hesablanıb.

Qeyd edək ki, Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkədə geotermal enerjinin qoyuluş gücü 1,7 QVt-a yaxındır. Türkiyə geotermal enerjinin qoyuluş gücünə görə Avropada lider, dünyada isə dördüncü ölkədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *