Azərbaycanda geotermal enerji ilə bağlı hesabat hazırlanacaq

image

"Geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi" məqsədilə Energetika Nazirliyinin Əmri ilə yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (BOEMDA) istinadən xəbər verir.

BOEMDA-nın direktoru Cavid Abdullayevin rəhbərliyi ilə keçirilən iclasda geotermal enerji resurslarının ölkə üzrə paylanması, həmçinin potensialının qiymətləndirilməsi, bu sahədə aparılmış tədqiqatların növbəti araşdırmalar üçün vacibliyi qeyd edilib. Bu məqsədlə ən son tədqiqat və araşdırmalar nəzərə alınmaqla tərtib ediləcək hesabatda ölkənin geotermal enerji potensialının qiymətləndirilməsi və ondan istifadəyə dair təkliflərin hazırlanması haqqında məlumatlar verilib. Bununla yanaşı enerji təminatının həyata keçirilməsində, xüsusilə işğaldan azad edilmiş ərazilərdə istilik enerjisi təchizatında geotermal enerjidən istifadə edilməsi və bu istiqamətdə araşdırmaların davam etdirilməsinin zəruriliyini qeyd edilib.

Dünya Bankının dəstəyi ilə cəlb edilmiş "JRG Energy" şirkətinin mütəxəssisi təqdimatla çıxış edərək geotermal enerji sahəsində tətbiq edilən ən son texnoloji həllər haqqında məlumat verib, şirkət tərəfindən əvvəllər icra edilmiş layihələri diqqətə çatdırıb, Azərbaycan üçün hesabatın hazırlanması zamanı diqqət yetirilən məqamları vurğulayıb.

Daha sonra, İşçi qrupun üzvləri tərəfindən müvafiq hesabatın təkmilləşdirilməsi üzrə irəli sürülmüş təkliflər müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *