Avropa İttifaqında (Aİ) külək və günəş enerjisinin elektrik istehsalındakı payı 2022-ci ildə ilk dəfə təbii qazı keçərək rekord səviyyəyə - 22,3 faizə çatıb.
"Renewables.az" bu barədə Londonda yerləşən "Ember" enerji analitik mərkəzinin "Avropa Elektrik Qiymətləndirilməsi 2023" hesabatına istinadən xəbər verir.
2022-ci ildə külək və günəş enerjisi ilk dəfə qazı (20 faiz) və kömür enerjisini (16 faiz) geridə qoyub.
Elektrik enerjisi istehsalında su və nüvənin payı 32 faiz təşkil edib ki, bu da quraqlığın su elektrik enerjisi istehsalına təsiri və atom elektrik stansiyalarındakı məhdudiyyətlər səbəbindən son 20 ilin ən aşağı səviyyəsidir.
Günəşdən elektrik enerjisi istehsalı ötən illə müqayisədə 24 faiz artaraq 10 milyard avroluq qaz dəyərini ötüb və günəş elektrik enerjisi istehsalının ən sürətlə artan mənbəyinə çevrilib.
Qeyd edilir ki, ötən il günəş enerjisi istehsalı 20 ölkədə rekord qırdığı halda, Niderland elektrik enerjisi istehsalının yüzdə 14-ünü təkcə günəşdən qarşılayaraq bu ölkələr arasında birinci yeri tutub.
Rəylər (0):