Aİ ölkələrinin günəş enerjisi gücü 47 % artıb

image

Avropa İttifaqı (Aİ) ölkələrinin 2022-ci ildə günəş enerjisindəki qoyuluş gücləri ötən illə müqayisədə 47 % artıb.

“Renewables.az” bu barədə SolarPowerEurope-nin hesabatına istinadən xəbər verir.

Hesabata görə, Aİ-nin 27 ölkəsi günəş enerjisi gücünü 41 400 MVt artıraraq 208 900 MVt-a çatdırıb. Qeyd edək ki, 2021-ci ildə bu artım 28 100 MVt olub.

Bu da 12,4 milyon evin elektrik enerjisi ehtiyacını ödəməyə və 4,45 milyard m3 təbii qazın istifadəsinin qarşısını almağa bərabərdir.

Hesabatda bildirilir ki, Almaniya 7 900 MVt-la ən çox günəş enerjisi gücü istifadəyə verən ölkə olub.

Günəş enerjisi gücündəki artıma görə TOP 10 Aİ ölkələri:

  1. Almaniya: 7,9 QVt;

  2. İspaniya: 7,5 QVt;

  3. Polşa: 4,9 QVt;

  4. Niderland: 4 QVt;

  5. Fransa: 2,7 QVt;

  6. İtaliya: 2,6 QVt;

  7. Portuqaliya: 2,5 QVt;

  8. Danimarka: 1,5 QVt;

  9. Yunanıstan: 1,4 QVt;

  10. İsveç: 1,1 QVt.

Hesabatda bildirilir ki, 2023-2026-cı illərdə Almaniyanın günəş enerjisi gücü 62,6 QVt; İspaniyanın 51,2 QVt; Polşanın isə 21,8 QVt artacaq.

Günəş enerjisi gücünə görə TOP 5 Aİ ölkələri:

  1. Almaniya: 68,5 QVt;

  2. İspaniya: 26,4 QVt;

  3. Polşa: 12,5 QVt;

  4. İtaliya: 24,7 QVt;

  5. Niderland: 18 QVt. 


 

 
 
 

 
 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *