Aktiv elektrik enerjisi istehlakçısı anlayışı müəyyənləşir

image

Aktiv istehlakçı elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına 150 kVt-dək (150 kVt daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxslərdir.

"Renewables.az"ın məlumatına görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Aktiv istehlakçıların istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq satmaq hüququ var.

Qeyd edək ki, hazırda qüvvədə olan “Elektroenergetika haqqında” haqqında qanunda aktiv istehlakçı anlayışı əksini tapmayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *