Aktiv istehlakçının enerjini şəbəkəyə ötürməsindən əldə etdiyi gəlir vergidən azad edilib

image

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir vergidən azad edilib.

"Renewables.az"ın məlumatına görə, bu Prezident İlham Əliyev təsdiq etdiyi, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir 2023-cü ilin yanvarın 1-dən vergidən azad olunur.

Xatırladaq ki, 2022-ci ilin 29 dekabrında Prezidentin digər Sərəncamı ilə 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli Sərəncamla (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 838; 2007, № 8, maddə 769; 2013, № 11, maddə 1449; 2014, № 5, maddə 477; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2020, № 9, maddə 1185) təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda “Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə Tədbirlər” hissəsinin 3-cü bəndinin “Əsas icraçılar” sütunundan “VN - Azərbaycan Respublikasının Vergilər Nazirliyi” və “ƏMDK — Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri çıxarılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *