2021-ci ildə Almaniyada 5 300 MVt yeni günəş enerjisi gücü istifadəyə verilib.
Bu barədə "Berpaolunanenerji.az" Almaniya Günəş Enerjisi Assosiasiyasının (BSW) məlumatlarına istinadən xəbər verir.
Statistikaya əsasən, ötən il 2 400 yeni günəş paneli şəbəkəyə qoşulub. Bundan əlavə, günəş elektrik enerjisi satışları əvvəlki ilə nisbətən 10 faiz artıb.
Hazırda təxminən 59 min MVt günəş enerjisi gücünə sahib ölkə, 2030-cu ilə qədər bu gücü 200 min MVt-a qədər artırmağı hədəfləyir.
Rəylər (0):