Almaniyada eyvanlara günəş sistemlərinin tətbiqi genişlənir.
Renewables.az Euronews Green-ə istinadən xəbər verir ki, təkcə bu ilin birinci rübündə eyvanlara 50 mindən çox günəş enerjisi sistemi quraşdırılıb.
Almaniyada "günəş" eyvanlarına ümumilikdə 200 meqavatlıq sistem quraşdırılıb. Vətəndaşlar bu sistemdən daha çox istifadəyə etməyə başlayıb. Bu sistemi tətbiq etmək istəyənlər üçün hökumət sistemin dəyərinin yarısı həcmində subsidiya ayırır və ƏDV-dən azad edir.
Ümumilikdə isə, bu sistem damüstü günəş panelləri quraşdıra bilməyən vətəndaşlar üçün daha cəlbedicidir.
Rəylər (0):