Almaniyada ailə təsərrüfatlarının get-gedə daha çox hissəsi dərk edir ki, günəş enerjisi artıq elektrik enerjisinin istehsalının ən qənaətli və ekoloji təmiz vasitələrindən biridir. Bununla belə, dünya bazarında qazın qiymətinin artması ona gətirib çıxarıb ki, Almaniya sakinləri artıq bu yanacaq növünün daha sərfəli alternativi barədə düşünməyə başlayıblar.
"Berpaolunanenerji.az" AZƏRTAC-a istinadla xəbər verir ki, almanların əksəriyyəti bahalı istilik və işıq mənbələrindən imtina etməyə başlayıblar. Ailələrin bir hissəsi elektrik cihazlarından istifadəyə keçiblər. Düzdür, indi elektrik enerjisi üçün ödəmələr çox yüksək olsa də, əvəzində qaza xərclər azalıb. Təkcə bir il ərzində Almaniyada enerji daşıyıcılarının qiyməti 35 faiz artıb. Almanların üçdə ikisi enerjinin qiymətinin artmasından narahatdır. Onlar artıq qazanxanaları və qaz plitələrini nə ilə əvəz edəcəklərini bilirlər. Mərkəzləşdirilmiş enerji təchizatı sistemindən gələn elektrik enerjisindən qismən də olsa imtina etməyə fürsət axtaran hər dördüncü ev sahibi günəş sistemindən istifadəni planlaşdırır. Əgər evdə günəşlə işləyən enerji sistemi varsa, o halda ucuz və eyni zamanda, xidmət xərcləri minimal olan ekoloji enerji istehsal etmək mümkündür. Mərkəzləşdirilmiş şəbəkədə enerji hər kilovat-saat üçün təqribən 32 sentdir. Günəş enerjisi istifadəçiləri isə hər kilovat-saat üçün cəmi 8-11 sent ödəyirlər.
Rəylər (0):