Alparslan Bayraktar: Azərbaycan ilə Türkiyə arasında elektrik enerjisinin idxal-ixrac infrastrukturunun yaradılması nəzərdə tutulur

image

Türkiyə və Azərbaycanın birgə layihəsi çərçivəsində ölkələrimiz arasında elektrik enerjisinin idxal-ixrac infrastrukturunun yaradılması nəzərdə tutulur.

Renewables.az-ın məlumatına görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, bu gün TEİAŞ və “Azərenerji” tərəfindən qarşılıqlı əlaqə layihəsi çərçivəsində fəaliyyətləri ehtiva edən Yol Xəritəsinin imzalanması ilə elektrik enerjisi sahəsində texniki əməkdaşlığımızda mühüm addım atılacaq: “Enerji forumumuzun nəticəsi olaraq həyata keçirəcəyimiz layihələrlə ölkələrimiz arasında dostluğu, eləcə də Naxçıvanla əlaqələrimizi daha da möhkəmləndirəcəyik”.

Türkiyəli nazir işğaldan azad edilmiş rayonlarda, həmçinin Naxçıvanda həyata keçirilməsi nəzərdə tutulan “Yaşıl enerji” konsepsiyasının reallaşdırılmasında Azərbaycana həm dövlət, həm də özəl sektor səviyyəsində hər zaman dəstək göstəriləcəyini bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *