Türkiyənin məişət texnikası və texnologiya şirkəti "Arçelik" günəş paneli istehsalına başlayıb.
Renewables.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şirkət günəş panelləri istehsalı müəssisəsinə 10 milyon avro yatırım edib.
9 ay ərzində inşa edilən zavodda illik 500 min günəş paneli istehsal olunacaq. Bu göstəricinin gələcəkdə 1 milyona çatdırılması planlaşdırılır.
Şirkət günəş panellərinə 12 zəmanət verilir və panellərin məhsuldarlığı 23 %-dir.
Bundan əlavə, şirkət 33 milyon dollar investisiya ilə 33,75 MVt gücündə günəş elektrik stansiyası inşa edəcək.
Rəylər (0):