Avropa anbarlarında qoyuluş gücü 40 min MVt-dan çox olan Çin istehsalı günəş panelləri saxlanılır.
Renewables.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Rystad Energy şirkətinin yaydığı məlumatda bildirilir.
Bildirilir ki, Avropa anbarlarında stokda (ehtiyat) olan günəş panellərinin ümumi dəyəri 7,8 milyard dollar həcmindədir. Anbarlarda saxlanılan panellərin qoyuluş gücü təxminən 20 milyon evin illik elektrik enerjisi ehtiyacına bərabərdir.
Açıqlamaya görə, Çindən günəş paneli idxalı bu ilin yanvarında 17 %, fevralında 22 %, martında 51 %, aprelində 16 %, mayında isə 6 % artıb. Günəş paneli idxalı bu qaydada davam edərsə, illik idxalın rekord həddə - 120 min MVt-a çatacağı gözlənilir.
Rəylər (0):