Avropada külək enerjisinin qoyuluş gücü 19 QVt artıb - WindEurope

image

Avropada 2022-ci ildə Avropada külək enerjisinin qoyuluş gücü 19 QVt artıb. Bunun 16 QVt-ı Avropa İttifaqı (Aİ) ölkələrində olub.

"Renewables.az" xəbər verir ki, bu barədə WindEurope-nin yeni hesabatında bildirilir.

Hesabatda bildirilir ki, Aİ ölkələrindəki artım 2021-ci ilə nisbətən 40 % çoxdur. Lakin bu, Aİ-nin 2030-cu il hədəfləri üçün lazım olandan çox azdır.

Külək enerjisinin qoyuluş gücündə ən çox artım İsveç, Finlandiya, Almaniya və Fransada olub.

2022-ci ildə yeni külək stansiyalarına investisiyalar və yeni külək turbinləri sifarişləri hökumətlərin elektrik enerjisi bazarlarına və inflyasiyaya müdaxilələri səbəbindən azalıb: Aİ və hökumətlər investorların inamını bərpa etməlidir. 

Avropa hazırda 255 QVt külək enerjisi gücünə malikdir. Ötən il Avropada tikilən külək elektrik stansiyaların 87 %-i quruda olub (16,7 QVt). Yalnız 2,5 QVt gücündə dənizdə külək stansiyaları tikilib ki, bu da artımın 13 %-i deməkdir. 

Aİ-nin 27 ölkəsi 16 QVt gücündə külək stansiyaları inşa edib. 2023-2027-ci illərdə Aİ-nin hər il orta hesabla 20 QVt yeni külək stansiyalarının tikəcəyi gözlənilir. Lakin bu, Aİ-nin enerji və iqlim hədəflərinə çatmaq üçün kifayət deyil. Aİ 2030-cu ilə qədər hər il orta hesabla 31 QVt gücündə stansiyalar qurmalıdır. 

2022-ci ildə Avropada külək enerjisi istehsalı 489 milyard kVt-saat (489 teravat-saat) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *