Yunanıstanda Avropanın ən böyük ikisəthli (bifacial) panellər quraşdırılan günəş elektrik stansiyası istismara verilib.
“Berpaolunanenerji.az” “Euronews”a istinadən xəbər verir ki, stansiya 75 min evin elektrik enerjisi ehtiyacını qarşılayacaq.
Yunanıstan Avropa İttifaqının yaşıl enerjiyə keçidi sürətləndirməsi və 2027-ci ilə qədər Rusiya qazına olan asılılığı aradan qaldırmaq məqsədilə yaşıl enerji layihələrini sürətləndirib.
Günəş elektrik stansiyası ölkənin şimalında yerləşən Kozani şəhərində inşa edilib. Stansiyanın gücü 204 meqavatdır və inşa işlərini “Hellenic Petroleum” şirkəti həyata keçirib.
Şüşədən hazırlanan bu ikisəthli (bifacial solar panel) çərçivəsiz panellər digər panellərə nisbətən daha səmərəlidir.
Qeyd edək ki, Yunanıstan 2030-cu ilə qədər bərpaolunan enerji istehsalını 35 faizə çatdırmağı hədəfləyir.
Rəylər (0):