Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana "yaşıl" iqtisadiyyata investisiyaları artırmaqda kömək etməyə hazırdır.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə özəl müsahibəsində AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.
O bildirib ki, Azərbaycan hökuməti bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərar qəbul edib:
"Bu məqsədlə Azərbaycan Paris sazişinə uyğun olaraq 2030-cu ilədək parnik qazı tullantılarını 35 faiz azaltmaq və elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizədək artırmaq öhdəliyini götürüb. Bu hədəflərə çatmaq üçün AYİB Azərbaycana "yaşıl" iqtisadiyyata investisiyaları artırmaqda kömək etməyə hazırdır, çünki bu sektor üçün böyük potensial görür və real təsir göstərməyə çalışır".
Onun sözlərinə görə, AYİB-in 2019-2024-cü illər üzrə ölkə strategiyasında Azərbaycan üçün başlıca prioritetlərindən biri "yaşıl" iqtisadiyyata keçidin dəstəklənməsidir.
Rəylər (0):