AYİB Azərbaycanda "yaşıl şəhərlər" proqramını genişləndirməyə hazırdır

image

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın daha çox şəhərin "Yaşıl şəhərlər" proqramına qoşulmasını alqışlayır.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Trend-ə özəl müsahibəsində AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.

"Biz çox şadıq ki, Gəncə 2020-ci ildə AYİB-in bu proqramına qoşulub. Bərk məişət tullantılarının idarə olunması sahəsinin təkmilləşdirilməsinə investisiyalar və daha səmərəli küçə işıqlandırmasının tətbiq olunması bankın bu təşəbbüs çərçivəsində Gəncə ilə ilkin əməkdaşlığınnı bir hissəsi olacaq. Bununla yanaşı, Gəncə şəhəri yerli ekoloji problemləri üzə çıxarmaqla və onların həlli ilə bağlı plan təklif etməklə "yaşıl şəhər"in yaradılması üzrə öz fəaliyyət planını hazırlayacaq. Biz "yaşıl" investisiyalardan səmərə əldə etmək, ekoloji göstəricilərini yaxşılaşdırmaq üçün Azərbaycanın digər şəhərlərinin AYİB-in "Yaşıl şəhərlər" proqramına qoşulmasını alqışlayırıq", deyə o, bildirib.

K.Mahmudova qeyd edib ki, bank infrastruktura "yaşıl" investisiyaları fəal şəkildə təşviq edir:

"AYİB regionundakı şəhərlər demoqrafik dəyişikliklər, infrastruktura qeyri-adekvat investisiyalar, keyfiyyətsiz hava kimi çoxsaylı problemlərlə üzləşirlər. Bu problemlərin həlli üçün bank "Yaşıl şəhərlər" proqramını hazırlayıb. Bu proqram şəhərlər və onların sakinləri üçün daha yaxşı və dayanıqlı gələcəyin təmin olunmasına kömək edir. Proqramın hər bir iştirakçı şəhəri üçün AYİB donor maliyyələşdirilməsi yolu ilə "Yaşıl şəhər"in yaradılması üzrə fəaliyyət planını dəstəkləyir. Bugünədək AYİB regionunda proqrama 51 ölkə qoşulub, dayanıqlı infrastruktura 1,1 milyard avrodan çox vəsait qoyulub, 70 milyon sakin isə "yaşıl" investisiyalardan faydalanır".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *