Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi, enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Renewables.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən II Yaşıl Hidrogen Sammitində iştirak edən nazir “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.
Rəylər (0):