Azərbaycan elektrik enerjisinin istehsalını 30 mlrd. kVt-saata çatdıracaq

image

Azərbaycan elektrik enerjisinin istehsalını 30 mlrd. kVt-saata çatdıracaq.

Renewables.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri, professor Elşən Hacızadə Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunmuş “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransda bildirib.

 

Onun sözlərinə görə, son iyirmi ildə Azərbaycan iqtisadiyyatı üç dəfə, elektroenergetika sahəsi 2,5-3 dəfə artıb.

Elşən Hacızadə onu da qeyd edib ki, hazırda ölkənin enerji potensialı 7 200 meqavatdır, bu ilin axırında və ya yaxın bir il ərzində elektrik enerjisi istehsalı 30 mlrd. kVt-saata çatacaq.

Şöbə müdiri əlavə edib ki, hazırda ölkədə elektrik enerjisinin illik istehsalı 27-28 mlrd. kVt-saat civarındadır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *