Azərbaycan “Wontai Power” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq edə bilər

image

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə bərpa olunan enerji sahəsində potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.

Renewables.az xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkədəki hesabında yazıb.

"Azərbaycanda investorlar üçün yaradılan əlverişli mühit, alternativ və bərpa olunan enerji sahəsində ölkəmizin potensialı və əməkdaşlıq imkanları barədə barədə müzakirələr apardıq", - M.Cabbarov qeyd edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *