Azərbaycanda artıq 400-dən çox yarımstansiyanın dam örtüyündə günəş panelləri və yarımstansiyaların qarşısında elektromobillər üçün şarj stansiyası quraşdırılıb, bütün layihələrə bunu daxil etmişik.
Renewables.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
Araz Məmmədzadə qeyd edib ki, işğaldan azad olunmuş ərazilər “yaşıl enerji zonası” elan edilib. Artıq bunu beynəlxalq ekspertlər də bilir. Bunu bu il martda Şuşada keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin rəqəmsallaşdırılmasının dünəni, bu günü, sabahı” adlı beynəlxalq elmi-praktiki konfransda bəyan etmişdik. Türkiyə, Almaniya, Belçika, Rusiya, Qırğızıstan və Tatarıstan Respublikasından gələn nümayəndələr konfransa gələndə bilirdilər ki, onlar “yaşıl enerji zonası”na daxil olurlar.
“Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində son 4 ay ərzində 835 Kv/s elektrik enerjisi əldə etmişik. Mənim fikrimcə bu yarımsastansiya tələbatına cavab verən çox uyğun gözəl nəticədir. Hər bir yarımstansiyada elektrik enerjiyə tələbat 8-9 kV/s-dır, hər iki yarımstansiyada aparılmış monitorinqlərin nəticəsinə əsasən, baxmayaraq ki 40 Kv-lıq sistemlər qurulub, dam örtüyü buna imkan verir. Həmçinin Hadrut qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində də ətrafındakı kompleksi üçün də nəzərdə tutulub”, - deyə A.Məmmədzadə əlavə edib.
Araz Məmmədzadə vurğulayıb ki, Füzuli yarımstansiyasında da artıq layihələndirmə aparılıb. Füzuli yarımstansiyasında bir neçə texniki məsələlər var, çünki bu yarımstansiya rəqəmsaldır burada kiçik sistemlər qurulub. Böyük həcmli stansiyalarda da reinteqrasiya mümkündür. Yaxın illərdə bu stansiyalarda da alternativ enerji sistemlərin quraşdırılması planlaşdırılır.
Rəylər (0):