Azərbaycanda aktiv istehlakçının qeydiyyata alınması prosesinə başlanılıb
Aktiv istehlakçının qeydiyyata alınması "Azərişıq" ASC tərəfindən göstərilən xidmətlər siyahısına əlavə edilib.
Renewables.az-ın xəbərinə görə, fiziki və hüquqi şəxslər aktiv istehlakçı kimi qeydiyyata alınmaq üçün ASAN Kommunual mərkəzlərində "Azərışıq" ASC-yə müraciət edə bilər.
Qeyd edək ki, ötən ilin sentyabrında Nazirlər Kabineti “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi və aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiqlənib, aktiv istehlakçı tərəfindən bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsal edən elektrik stansiyasının gücü 150 kVt (150 kVt da daxil olmaqla) həddində müəyyən edilib.
Rəylər (0):