Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin avqust ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2837,7 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,9 mln. kVt-saat, yaxud 2,5 % artması deməkdir.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,9 mln. kVt-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt-saat, ixrac isə 372,4 mln. kVt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 222,4 mln. kVt-saat artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-avqust aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 488,8 mln. kVt-saat, yəni 2,6 % artaraq 19 115,7 mln. kVt-saat olub.
Hesabat dövründə ötən ilin 8 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 341,5 mln. kVt-saat artaraq 1 308,5 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 11,1 mln. kVt-saat artaraq 246,9 mln. kVt-saat olub.
Külək elektrik stansiyalarında 59,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında 43,9 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 143,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
8 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 221,6 mln. kVt-saat (SES-lərdə 1 209,9 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 323,9 mln. kVt·st (SES-lərdə 87,1 mln. kVt-saat, GES-də 40,4 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 43,5 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 1 526,7 mln. kVt-saat təşkil edib.
2022-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı 1 406,4 mln. kVt-saat, idxalı isə 94,3 mln. kVt-saat olub.
Rəylər (0):