Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı ümumi istehsalın 8 faizini təşkil edib

image

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı ümumi istehsalın 8 faizini təşkil edib.

Renewables.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsindəki hesabında bildirilib.

"Yanvar-avqust aylarında İES-lər üzrə 17714.1 mln. kVt-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1531.1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib", - nazirin paylaşımında deyilir.

2023-cü ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinə dair operativ göstəricilərə əsasən, su elektrik stansiyalarından 1 282.0 mln. kVt-saat, külək elektrik stansiyalarından 41.7 mln. kVt-saat, günəş elektrik stansiyalarından 46.9 mln. kVt-saat, tullantıların yandırılmasından 160.5 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *