2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə elektrik enerjisi istehsalı 20 milyard 279,7 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çoxdur.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 19 milyard 590,5 milyon kVt-saat təşkil edib və bu da 0,1 faiz çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 1 milyard 392,6 milyon kVt-saat (1,1 faiz çox), külək elektrik stansiyalarının enerji istehsalı 44,4 milyon kVt-saat (35,5 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 52,7 milyon kVt-saat (6,5 faiz çox) təşkil edib.
Rəylər (0):