Azərbaycanda elektrik enerjisi istehsalı 6 faiz artıb

image

2023-cü ilin yanvar-may aylarında ölkədə elektrik enerjisi istehsalı 11 milyard 165,2 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Renewables.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu dövrdə əmtəəlik elektrik enerjisi istehsalı 10 milyard 787 milyon kVt-saat təşkil edib və bu da 5,9 faiz çoxdur.

Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 657,6 milyon kVt-saat (12,2 faiz az), külək elektrik stansiyalarının enerji istehsalı 26,2 milyon kVt-saat (55 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 25,2 milyon kVt-saat (4,6 faiz çox) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *