Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin noyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2506,0 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 96,0 mln. kVt-saat, yaxud 4,0 % artması deməkdir.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,5 mln. kVt-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 mln. kVt-saat, ixrac isə 448,9 mln. kVt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 216,9 mln. kVt-saat artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-noyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 978,2 mln. kVt-saat, yəni 3,9 % artaraq 26 260,3 mln. kVt-saat olub.

Hesabat dövründə ötən ilin 11 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 339,4 mln. kVt-saat artaraq 1 532,8 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 15,5 mln. kVt-saat artaraq 322,6 mln. kVt-saat olub.

11 ay ərzində külək elektrik stansiyalarında 79,1 mln. kVt-saat, günəş elektrik stansiyalarında 59,0 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 184,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

2022-ci ilin yanvar-noyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 696,7 mln. kVt-saat (SES-lərdə 1 419,5 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 439,8 mln. kVt·st (SES-lərdə 99,4 mln. kVt-saat, GES-də 54,6 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 59,3 mln. kVt-saat,  müstəqil elektrik stansiyaları üzrə isə 2 064,5 mln. kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 126,3 mln. kVt-saat, ixracı isə 2 546,8 mln. kVt-saat, olub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *