Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

2023-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, bu ilin ilk 2 ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 282,3 mln. kVt-saat, yəni 5,8 % artaraq 5 176,9 mln. kVt-saat olub.

"Renewables.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə ötən ilin yanvar-fevral aylarına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 33,0 mln. kVt-saat azalaraq 121,6 mln. kVt-saat, digər mənbələr üzrə (KES, GES və BMTZ) isə 1,54 mln. kVt-saat artaraq 56,5 mln. kVt-saat təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında (KES) 9,1 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) 8,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 39,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Cari ilin 2 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 712,7 mln. kVt-saat (SES-lərdə 114,7 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 55,21 mln. kVt·st (SES-lərdə 6,09 mln. kVt-saat, GES-də 7,65 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,7 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 402,3 mln. kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 21,0 mln. kVt-saat, ixracı isə 840,1 mln. kVt-saat olub.

Qeyd edək ki, cari ilin fevral ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 82,5 mln. kVt-saat və ya 3,5 % artaraq 2417,1 mln. kVt-saat olub. Ay ərzində elektrik enerjisinin idxalı 10,13 mln. kVt-saat, ixracı isə 335,8 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *