Blanslaşdırıcı elektrik enerjisi ötürücü sistem operatoru tərəfindən müəyyən edilmiş elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin icrası zamanı yaranan elektrik enerjisinin qeyri-balansının aradan qaldırılması üçün istifadə edilən elektrik enerjisidir.
"Renewables.az"ın məlumatına görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, balanslaşdırma ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə (tezlik, güc və gərginlik həddi) uyğun elektrik enerjisinin istehsalı, saxlanması, idxalı, ixracı ve istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslərdir.
Balanslaşdırma məsuliyyəti elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, saxlanmasının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların ötürücü sistem operatoru qarşısında elektrik enerjisinin qeyri-balansının tənzimləməsindən irəli gələn maliyyə öhdəlikləri üçün məsuliyyəti, balanslaşdırıcı qrup elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında müqavilə əsasında yaradılan və həmin müqavilə ilə müəyyən edilmiş qaydada hər bir iştirakçısının balanslaşdırma məsuliyyəti daşıdığı qrupdur. Balanslaşdırıcı bazar isə ötürücü sistem operatoru tərəfindən orqan (qurum) tərəfindən balanslaşdırma funksiyası, həmçinin elektrik enerjisinin qeyri-balansı ilə bağlı maliyyə məsələlərinin həlli zamani topdansatış bazarı subyektləri arasında yaranan münasibətlər sistemi, balanslaşdırma qaydaları balanslaşdırıcı bazarda və köməkçi xidmətlər bazarında elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalardır.
Qeyd edək ki, hazırda qüvvədə olan “Elektroenergetika haqqında” haqqında qanun balanslaşdırıcı bazarla bağlı məsələləri tənzimləmir.
Rəylər (0):