Azərbaycanda elektrik enerjisinin topdansatışı üzrə müstəqil bazar operatoru yaradıla bilər

image

Azərbaycanda elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müstəqil bazar operatorunun yaradılması nəzərdə tutulur.

"Renewables.az"ın məlumatına görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müstəqil bazar operatorunun yaradılması elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üçüncü mərhələsində, yəni 2028-ci il iyulun 1-dən sonrakı dövrdə həyata keçiriləcək. İkinci mərhələdə (2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək dövrdə) artıq ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxsin yaradılması planlaşdırılır.

Bazar operatoru tərəfindən bütün istehsalçılardan ("Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması, elektrik enerjisinin bütün təchizatçılara satılması nəzərdə tutulur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *