Bu ilin yanvar-iyul aylarında ölkənin günəş elektrik stansiyalarının elektrik enerjisi istehsalı 352 mln. kVt-saat təşkil edib.
Renewables.az Energetika Nazirliyinin yaydığı elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 312,4 mln. kVt-saat və ya 8,9 dəfə çoxdur.
Qeyd edək ki, hesabat dövründə Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 36,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):