Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar-avqust aylarında Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə günəş elektrik stansiyalarında 42,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Renewables.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 mln. kVt-saat və ya 6,2 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə Respublika üzrə günəş enerjisi istehsalının 91,5 faizi Muxtar Respublikanın günəş elektrik stansiyalarından olub.
Rəylər (0):