Azərbaycanın Ukraynaya verdiyi elektrik avadanlıqları artıq ölkənin enerji təminatında istifadə olunur

image

Ukraynanın elektrik şəbəkəsinin həm raket, həm də pilotsuz uçuş aparatlarının hücumları nəticəsində dəhşətli dağıntılara məruz qalmasından sonra dəstəyini əsirgəməyən ilk ölkələrdən biri olduğuna görə Azərbaycan dövlətinə və xalqına təşəkkür edirəm. 2022-ci ilin payızında Rusiya Ukraynanın enerji sisteminə hücumu əsas istiqamətlərindən biri kimi müəyyən etdikdən sonra Azərbaycan bu sahədə yaranmış problemlərin aradan qaldırılması üçün yardımlarını göstərməyə başladı.

Renewables.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində Ukraynanın energetika nazirinin müavini Svetlana Qrinçuk söyləyib.

“Azərbaycandan humanitar yardım formasında aldığımız avadanlığın həcmi bizə çox sayda elektrik xətlərimizi, enerji infrastrukturu obyektlərimizi bərpa etməyə kömək göstərir. Bununla da Ukrayna əhalisinin böyük hissəsi işıq və istiliklə təmin edilir. Enerji sistemimizin məruz qaldığı hücumlardan və dağıntılardan sonra elektrik və istilik təchizatını tez bir zamanda bərpa etmək bizim üçün bir nömrəli tapşırıqdır. Biz çox şadıq ki, bizə kömək edən tərəfdaşlarımız var. Azərbaycanın son humanitar yardımı zamanı Ukraynaya verdiyi elektrik avadanlıqlarını artıq enerji şirkətləri arasında bölüşdürürük və onlar artıq təmir işlərində, xüsusən də elektrik enerjisinin verilişində istifadə olunur”, - deyə Svetlana Qrinçuk əlavə edib.

Nazir müavini Ukraynada enerji təchizatı ilə bağlı mövcud vəziyyətin nisbətən qənaətbəxş olduğunu bildirib.

“Ukraynanın enerji sistemində baş verən kütləvi hücumlar nəticəsində biz generasiya gücümüzün 50 faizdən çoxunu itirdik, ötürmə sistemləri zədələndi, lakin yaz, yay və payız aylarında aparılan titanik işlər nəticəsində, həmçinin payızda bizə həm humanitar yardımla, materiallarla kömək göstərən, fond formalaşdıran, bizim üçün avadanlıqlar alan tərəfdaşlarımızın dəstəyi ilə misilsiz təmir kampaniyası həyata keçirdik. Bu gün biz kifayət qədər generasiya güclərini bərpa etmişik ki, yeni başlayan mövsümdə fasiləsiz istilik verilişini və zəruri istehlakı təmin edək”, - deyə S.Qrinçuk vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *